Bakıda videomüşahidə kameraları bu il 885 avtoqəza qeydə alıb - VİDEO

Bakıda videomüşahidə kameraları bu il 885 avtoqəza qeydə alıb - VİDEO

Hazırda oxunan: Bakıda videomüşahidə kameraları bu il 885 avtoqəza qeydə alıb - VİDEO

201576

Paytaxt yollarında quraşdırılmış videomüşahidə kameralarının əhatə dairəsində ötən 6 ay ərzində 885 yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, 933 texniki nasaz nəqliyyat vasitəsinin yolda qalması müşahidə edilib.

"Qəzaların təhlili göstərir ki, sürət həddinə, ara məsafəsinə düzgün əməl edilməməsi, yol nişanlarının tələbinin pozulması və sürücü diqqətsizliyi yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olub. Bakının müxtəlif küçə və prospektlərində baş verən bu hadisələr və yolda qalan texniki nasaz avtomobillər sıxlığın yaranmasına, digər nəqliyyat vasitələrinin sərbəst və fasiləsiz hərəkət etməsinə mane olub", - məlumatda qeyd edilib.

Vurğulanıb ki, sıxlıqların vaxtında qarşısının alınması və yollarda nəqliyyat axınının intensivliyini təmin etmək məqsədilə Mərkəzin əməkdaşları tərəfindən 55 küçə və prospekt üzrə 39 mindən çox “yaşıl dalğa” əmri tətbiq edilib.
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO