Abid Şərifovun “Generallar Komissiyası” niyə ləğv olundu? – SƏBƏBLƏR

Abid Şərifovun “Generallar Komissiyası” niyə ləğv olundu? – SƏBƏBLƏR

Hazırda oxunan: Abid Şərifovun “Generallar Komissiyası” niyə ləğv olundu? – SƏBƏBLƏR

20157

Prezident 1996-cı ildən Nazirlər Kabineti yanında fəaliyyət göstərən Radiotezliklər üzrə Dövlət Komissiyasının ( RDK) ləğv edilməsi haqqında Fərman imzalayıb. Ölkə başçısı həmçinin bu Komissiyanın yenidən formalaşdırılması haqqında sərəncam da imzalayıb. 

Bizim.Media xəbər verir ki, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “Facebook” hesabında məsələni şərh edib.

O, qeyd edib ki, İKT sektorunda bu Komissiya “Generallar Komissiyası” olaraq tanınırdı:

“Əsasən müdafiə və hüquq mühafizə orqanlarının rəhbərləri, nazirlər daxil idi. Uzun illər bu Komissiyaya Abid Şərifov rəhbərlik etmişdi, ondan sonra isə Hacıbala müəllimin kurasiyasında olub. Dövlətə məxsus tezlik zolaqları, mövcud qanunvericiliyə görə mülki və digər məqsədlər üçün RDK tərəfindən ayrılır. Strateji Yol Xəritəsində də qarşıdakı illərdə dövlətə məxsus olan tezlik resurslarından effektiv istifadə nəzərdə tutulurdu.
 

Rəşad Nəbiyevin nazir təyinatı ilə əlaqədar Prezident tərəfindən qəbulunda məhz sektorda ədalətli tənzimləmə və effektiv dövlət siyasətinin həyata keçirilməsinə, rəqabətli fəaliyyət mexanizmlərinin yaradılmasına xüsusi diqqət yetirilmişdi.


Bu sektorda 25 illik fəaliyyətim dövründə bu Komissiyanın fəaliyyəti haqqında məlumata bir dəfə də olsun rast gəlməmişəm. Kifayət qədər qapalı, mühafizəkar və bürokratik bir qurum olub. Yeni yaradılan RDK-da əvvəlkindən fərqli məqamlar var”.

Ekspertin sözlərinə görə Prezidentin sərəncamı ilə yeni formalaşan Komissiya müstəqildir və ona birbaşa Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri rəhbərlik edəcək:

“Fikrimcə, uzun illər “hərbi-təhlükəsizilik” istiqamətində formalaşan Komissiyanın nisbətən “mülkiləşməsi” doğru bir yanaşmadır. İnkişaf etmiş ölkələrdə, MDB məkanında bu tip Komissiyalar xeyli müddətir ki “mülkiləşib”. Əvvəlki Komissiyada nazir Komissiyanın mülki sektordan yeganə üzvü olaraq təmsil olunurdu. Düşünürəm ki, müstəqil olması və birbaşa radiotezlik sektoruna cavabdeh nazirin quruma rəhbər təyin edilməsi, eləcə də müdafiə və hüquq-mühafizə sektorunun nazir müavinləri səviyyəsində təmsil olunması qurumun daha çevik və effektiv fəaliyyətinə imkan yaradacaq”.

Osman Gündüz əlavə edib ki, tezliklərdən ədalətli və səmərəli istiafdə edilməsi, mülki sektorda onlardan daha effektiv istifadə edilməsi sahəsində ciddi problemlər var:
 

“Bu problemin həlli həm büdcəyə əlavə vəsaitlərin toplanması,TV-lər rəqəmsala keçdikdən sonra sərbəstləşən məhdud tezlik resurslarına əlçatanlıq, 5G ilə bağlı tezliklərin ayrılması və həm də informasiya təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir.


İndiki halda, bu Komissiyanın bir çox səlahiyyətlərinin NRYTN əsasında formalaşdırılacaq tənzimləyici quruma verilməsinin nəzərdə tutulması da daha doğru olardı. Dünya təcrübəsində olduğu kimi tezlik resursları ilə bağlı bir çox məsələlərin tənzimləyici qurum tərəfindən reallaşdırılması, texniki məsələlərin isə Dövlət Radiotezliklər İdarəsi tərəfindən gerçəkləşmsi bu sektorda daha effektiv və səmərəli fəaliyyətə kömək edərdi”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO