Kor-koranə istifadə edilən VİTAMİNLƏR – Həkim icazəsi olmadan qəbul edilirsə, fəsadları NƏDİR?  

Kor-koranə istifadə edilən VİTAMİNLƏR – Həkim icazəsi olmadan qəbul edilirsə, fəsadları NƏDİR?  

Hazırda oxunan: Kor-koranə istifadə edilən VİTAMİNLƏR – Həkim icazəsi olmadan qəbul edilirsə, fəsadları NƏDİR?  

201396

Orqanizmdə baş verən bəzi neqativ hallar müxtəlif vitaminlərin çatışmazlığından baş verir. İnsanlar da əhvallarında dəyişiklik, yorğunluq, yaddaşsızlıq hiss edəndə vitamin qəbul edirlər. Bəzi hallarda həkim məsləhəti olmadan apteklərə müraciət edir, yaxud ətrafındakı insanların tövsiyəsi ilə ayrı-ayrı və ya vitaminlər toplusunu alırlar. Hətta başqa ölkələrdən onlayn şəkildə də multivitaminlər sifariş edib, kor-koranə istifadə edirlər.

Tibb sahəsi üzrə ekspert, terapevt Rasif Bağırov Bizim.Media-ya bildirib ki, həkimin məsləhəti olmadan hər hansı dərman preparatlarının qəbul edilməsi qəti qadağandır:
 

MÖVZU İLƏ BAĞLI:

Qida əlavələri fayda gətirir, yoxsa FƏLAKƏT? – Gizlədilən HƏQİQƏT


“Həkim tövsiyəsi olmadan vitaminlərin istifadəsi düzgün deyil. İnsanlar fikirləşir ki, vitamindi, yüngüldü, qəbul edə bilərəm. Amma bu, çox yanlışdır. İnsan həkimlə məsləhətləşmədən hər hansı bir dərman preparatının qəbul etməsi ilə özünə elə bir ziyan vura bilər ki, onu heç vaxt ödəyə bilməz. Ona görə də həkimin icazəsi olmadan hər hansı dərman preparatını almaq, qəbul eləmək olmaz”.

Həkimin sözlərinə görə, özbaşına vitamin qəbulu hansısa xəstəliyin sağalmasına mane ola bilər:

“İnsan özü orqanizmində, bədənində gedən prosesləri bilmir. Amma həkim onunla söhbət aparandan sonra müəyyən edir ki, şəxsin hansısa orqanında narahatlıq var. Həmin vaxt həkim tövsiyəsi olmadan vitamin preparatı qəbul edəndə əks-effekt verə, xəstə olan nahiyəni daha da pisləşdirə bilər. Başqa ölkələrdən sifarişə gəldikdə isə, həkim dərman yazırsa və həmin dərman bizdə bahadırsa, Türkiyədən və başqa ölkələrdən onlayn şəkildə ala bilirlərsə, problem yoxdur”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO