Avtobus zolağı ilə hərəkət edən sürücülərin NƏZƏRİNƏ! 100 manat cərimə...

Avtobus zolağı ilə hərəkət edən sürücülərin NƏZƏRİNƏ! 100 manat cərimə...

Hazırda oxunan: Avtobus zolağı ilə hərəkət edən sürücülərin NƏZƏRİNƏ! 100 manat cərimə...

201387

“Avtobuslarda quraşdırılan xüsusi kameralar vasitəsilə avtobus zolağında qaydalardan kənar hərəkət edən nəqliyyat vasitələrinə nəzarət ediləcək".

Bizim.Media xəbər verir ki, bunu nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov sosial şəbəkədə yazıb.

O bildirib ki, avtobuslarda pilot qaydasında müşahidə və nömrətanıma sistemləri quraşdırılır:

"Bunun əsas hədəfi avtobus zolaqlarına digər avtomobillərin qanunsuz daxil olmasının qarşısını almaqdır. Söhbət bu qayda pozuntusuna yol verən sürücülərin qeydə alınması və onların barəsində cərimənin tətbiq edilməsindən gedəcək. Bunun hüquqi əsası da hazırlanır. Təxminən 1 ay əvvəl İnzibati Xətalar Məcəlləsinə və “Yol hərəkəti haqqında” qanuna dəyişikliklər edilməsi ilə bağlı layihə barədə məlumat vermişdik. Həmin layihə avtobusda quraşdırılan kamera vasitəsilə qayda pozuntusunu aşkar etmək və elektron qərarla rəsmiləşdirmək məsələsini də hüquqi olaraq tənzimləməyə yönəlib. Layihədə İXM-in 81-ci, 122-ci və bəzi başqa maddələrinə edilən dəyişikliklərdə təkcə DYP-nin mərkəzi informasiya sisteminə deyil, həm də AYNA-nın (və ya RİNN-in) informasiya sisteminə inteqrasiya edilmiş kameralarla qayda pozulmasını qeydə alaraq elektron qərar tərtib etməyin mümkünlüyü əksini tapıb. Ona görə də bu layihə qüvvəyə mindikdən sonra DYP AYNA-ya aid olan və onun informasiya sisteminə inteqrasiya edilən kameralarla (o cümlədən avtobuslardakı inteqrasiya edilmiş kameralarala) avtobus zolağına daxil olaraq orada hərəkət edən sürücüləri elektron qərarla cərimələyə biləcək".

Ekspert xatırladıb ki, sözügedən qanun layihəsi Milli Məclisdə təsdiq edilib və yəqin ki, yaxın bir ay ərzində imzalanaraq qüvvəyə minəcək:

"Məlumat verildiyi kimi, elə həmin layihədə avtobus zolağında qaydalardan kənar hərəkətə və həmin zolaqda dayanmaya görə cərimə 100 manat olacaq, bunları edən sürücünün hesabına isə 2 cərimə balı da yazılacaq. Ona görə də avtobus zolağında qaydalardan kənar hərəkət etməyə meylli sürücülər indidən bu vərdişlərindən uzaq durmağa çalışmalıdırlar. Çalışın avtobus zolaqları olan yolda hərəkət qaydalarını yaxşı öyrənin, yolda diqqətli olun ki, bu layihə qüvvəyə mindikdən sonra cərimələnməyəsiniz".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO