Külək güclənəcək, çaylardan sel keçəcək – XƏBƏRDARLIQ

Külək güclənəcək, çaylardan sel keçəcək – XƏBƏRDARLIQ

Hazırda oxunan: Külək güclənəcək, çaylardan sel keçəcək – XƏBƏRDARLIQ

201366

İyulun 11-də Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-18 m/s, gecə və səhər arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.

Bizim.Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, günün birinci yarısında yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.
İyulun 11-13-də bəzi dağlıq və dağətəyi rayonlarda əsasən gündüz saatlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Şərq küləyi 15-18 m/s, bəzi yerlərdə arabir 20-23 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO