Kəlbəcərdə xəsarətlə nəticələnən yol qəzası baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hərəkətdə olan “VAZ-2106” “QAZel” markalı avtomobillə toqquşub.
Hadisə nəticəsində 66 yaşlı Ə. İbadov və 22 yaşlı E. Həsənli müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib, vəziyyətləri stabil qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu