Bakıda yük maşını yaşıllıq əraziyə qulluq edən kişini vurub

Bakıda yük maşını yaşıllıq əraziyə qulluq edən kişini vurub

Hazırda oxunan: Bakıda yük maşını yaşıllıq əraziyə qulluq edən kişini vurub

201262

Bakı Dairəvi yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, hadisə bu gün günorta saatlarında qeydə alınıb.

İlkin məlumata görə, yük maşını yol kənarında yaşıllıq əraziyə qulluq edən kişini vurub. Vətəndaş aldığı xəsarətlərdən hadisə yerində həlak olub.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə müdiri Rövşən Tağıyev oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, hadisə bu gün saat 15:00 radələrində qeydə alınıb:

"Belə ki, "HOWO" markalı, 99-HL-676 nömrə nişanlı yük avtomobili Bakı-Qazax yolunun 27-ci km-də 1961-ci il təvəllüdlü Elxan Sultanovu vurub, hadisə nəticəsində sonuncu ölüb".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO