Tutulan icra başçılarının həbsxanada lüks otaqları və qulluqçuları var - İDDİA

Tutulan icra başçılarının həbsxanada lüks otaqları və qulluqçuları var - İDDİA

Hazırda oxunan: Tutulan icra başçılarının həbsxanada lüks otaqları və qulluqçuları var - İDDİA

20122

Ədliyyə Nazirliyi Penitensiar xidməti Gəncə şəhərində yerləşən 2 saylı İstintaq təcridxanası ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Xidmətdən Bizim.Media-ya daxil olan məlumatda deyilir:

"Bəzi informasiya saytlarında Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Gəncə şəhərində yerləşən 2 saylı İstintaq təcridxanasında guya həbs edilən ayrı-ayrı şəxslərin imtiyazlı şəraitdə saxlanılmasına dair məlumat dərc olunub.

Həmin məlumatın yoxlanılması üçün dərhal təcridxanaya baş çəkilib, həbsdə olan şəxslərin saxlanma şəraiti ilə tanış olunub və yerində araşdırma aparılıb. Nəticədə məlumatın yanlış olmaqla həqiqəti əks etdirmədiyi və ictimaiyyətdə yalnız çaşqınlıq yaratmaq məqsədi daşıdığı müəyyən edilib".

Qeyd edək ki, sosial şəbəkələrdə Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev və onun müavini Ramiz Tatarovun həbs həyatı haqda məlumatlar yayılmışdı.

İddia olunurdu ki, onlar Gəncə şəhərində yerləşən 2 saylı İstintaq təcridxanasında supertəmirli otaqda saxlanılır, otaqda televizor, xalça, videooyun sistemi və s. var. Bildirilir ki, N.Quliyev və R.Tatarov özlərinə qulluqçu da götürüblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO