Bakıda Gigiyena və Epidemiologiya Mərkəzlərinin yenilənmiş və müasir texniki avadanlıqlarla təchiz olunmasına baxmayaraq, rayonlardakı vəziyyət heç də ürəkaçan deyil. Belə ki, bölgələrdə Gigiyena və Epidemiologiya Mərkəzlərinin binaları olduqca köhnə, təmirsiz və baxımsızdır.
Qeyd edək ki, dünyanı ağuşuna alan koronavirus pandemiyası zamanı bu mərkəzlərə xüsusilə ehtiyac yaranmışdı.
Covid-19 pandemiyasından sonra dünyanı növbəti bu kimi bəlanın gözləmədiyindən isə heç bir ölkə sığortalanmayıb. Yəni koronavirusdan sonra ölkələr epidemioloji vəziyyətlər barədə əvvəldən hazırlıqlı olmağa məcbur oldular.
Maraqlısı isə odur ki, rayonlarda binası təmirsiz vəziyyətdə olmasına baxmayaraq, sözügedən Gigiyena və Epidemiologiya Mərkəzlərinin kifayət qədər tibb personalı var. Amma tibb personalının normal fəaliyyəti üçün nə müasir standartlara cavab verən binası, nə avadanlıqları, nə də labaratoriyaları var.
Bəs bu mərkəzlər necə və hansı işlə məşğul olurlar?
Səhiyyə Nazirliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, rayon Gigiyena və Epidemiologiya Mərkəzlərinin binalarının təmir-tikintiyə ehtiyacı olması ilə bağlı Nazirlik məlumatlıdır:
“Qeyd edək ki, 2024-cü ildə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin inzibati binası İnvestisiya Planına salınaraq, aidiyyəti dövlət qurumu tərəfindən maliyyə vəsaiti ayrıldıqdan sonra təmir edilib və müvafiq avadanlıqlarla təchiz olunub.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin strukturunda optimallaşdırma aparılaraq yenidən yaradılan regional GEM binalarının təmir tikintisinin Dövlət İnvestisiya Proqramına daxil edilməsi təklifi də müvafiq dövlət qurumuna təqdim edilib. Maliyyə vəsaiti ayrıldığı təqdirdə 2025-2028-ci illər ərzində mərhələli şəkildə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin regional qurumlarının əsaslı təmiri və ya yenidən inşası həyata keçiriləcək”.
Nuranə Daxilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:50 / 08.07.2024
Bölgələrin Gigiyena və Epidemiologiya mərkəzləri nə vaxt TƏMİR olunacaq? – Rəsmi AÇIQLAMA - FOTO
Hazırda oxunan: Bölgələrin Gigiyena və Epidemiologiya mərkəzləri nə vaxt TƏMİR olunacaq? – Rəsmi AÇIQLAMA - FOTO
Hazırda oxunan: Bölgələrin Gigiyena və Epidemiologiya mərkəzləri nə vaxt TƏMİR olunacaq? – Rəsmi AÇIQLAMA - FOTO
201024
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.