Mandatsız deputat

Mandatsız deputat

Hazırda oxunan: Mandatsız deputat

200939

Nə barım var, nə barxanam,

Ömür yükü saxlamağa,

Allah məni yarı öldür,

Yarı saxla ağlamağa.

(Vaqif Səmədoğlu)

Biz hələ orta məktəbdə oxuyanda müəllimlərimiz bizi elə öyrədirdi ki, ailədə, təhsildə, ictimai həyatda fəaliyyət elə istiqamətlənməlidir ki, əxlaqi gözəllik hər kəsin mənəvi təlabatı olsun. Etik münasibətlərdə ləyaqət hamının şəxsi əqidəsinə çevrilməlidir. 

Dostlar, çox həssas məqam qarşısındayıq. Parlament seçkilərinə ciddi hazırlaşmalı və istədiyimiz şəxs İlham İsmayılovun namizədliyini elliklə bir səslə müdafiə etməliyik. Yaddan çıxarmayaq ki, İlham Surxayoğlunun üç dəfə mandatı zorla əlindən alınıb. Zənnimizcə, indi dövr o dövr deyil, seçkilərin tam obyektiv keçirilməsi üçün şərait yaradılması vəd olunur. 
Bəlkə də İlham dost-tanışlarımın içərisində yeganə adamdır ki, üzünə baxanda onun gözlərinin dibini, sonunu görməmişəm. Onun gözlərində mehribanlıq, doğmalıq layları görmüşəm. 

Səmimiyyət görmüşəm. Nifrət, hikkə layları, həsəd qatları görməmişəm. Ayrı-ayrı adamlarla görüşəndə bu layların, bu qatların bir-birini asanlıqla əvəz etdiyini sezmişəm. Bəlkə bu onun son dərəcə dərinliyindən, dolu və zənginliyindən, maraqlı bir insan olmağından irəli gəlir. Onunla birgə olanda, yol gedəndə, saatlarla danışmasaq belə heç vaxt darıxmır, bəlkə də bütün nigarançılığı unudur, dərdləri yaddan çıxarır, bu anların daha çox olmasına intəhasız bir ehtiyac duyuram. 

O sənin tanıdığın, bildiyin dost-doğma sudan, otdan, daşdan, qayadan, arıdan, ətirdən, tikandan və tanımadığın bir adamdan danışanda da elə bil təzə şey deyir sanki sən onunla yenidən təzə tanış olursan. Əgər səhərisi bunlardan yenə danışsa, dünən dediklərini təkrar etməyəcək, elə bil o dünyanın hər günü ilə və gündə qarşılaşdığı hər şeylə birinci dəfə görüşür, onların forması, məzmunu, təhər-tövrü xasiyyətləri ilə səni təzədən tanış edir.

Bütün bunlar onun böyüklüyündən, dərinliyindən, ucalığından gələn amillərdir. Adam onunla təmasda olanda sanki qəlbinin şamı yanır, həyata inamın artır, eşqin çağlayır. 

Bu sətirləri yazarkən xarici səfərlərimizdən birini xatırladım. Qardaş Türkiyənin İğdır şəhərinə gedəsi idik. Naxçıvana təyyarəylə uçduq. Orada bizi hərarətlə qarşılayıb, təzə bir mikroavtobusa əyləşdirdilər. Oturduğumuz mikroavtobusda o uzaqlıqda yolu necə də yaxın etdik. 

Əlbəttə yol yoldaşımız mərhum Qulam Sadiqin və digər yoldaşların da duzlu, məzəli ibrətamiz söhbətləri də uzaq yolu yaxın etdi. İlhamın klassik və müasir şairlərin şeirlərini deməsi, lətifələr söyləməsi xüsusi maraq doğururdu. Heyrətlənirdik. Elə bil onu yenidən kəşf edirdik. İlham gözümüzdə daha da böyüyür, ülviləşir, müdrikləşirdi. Həssas duyumlu Qulam müəllimlə səfər təəssuratımızı bölüşəndə heyrətini gizlədə bilmədi. Ləzzət içində yaşadım. İlhamı yaxından tanımamaqda özümü qınadım.

Bu səfərdə dost məhəbbətinin şəhdi-şəbi bəxtiyarlığımdır. Hacı Cəfər müəllim, mən İlhamı yenidən kəşf etdim. Bu kəşfimdən onunla mehribanlıqdan yaranan bir aləmin sakini olduğum üçün qismətimdən razıyam. 

İlhamın sözlərinin o qədər böyük məna yükü vardır ki, onları bir yerə yığsaq, ağıl simfonyası kimi elə səslənər ki, adam həmişəlik xoşbəxt olar. Düz deyirsən, Qulam müəllim, Ulu Tanrı ona həssas, zərif, kövrək, geniş bir ürək bağışlamışdır. Elə ona görə də İlhamın etdikləri və edəcəkləri müdrik xalqımızın səadətinə, gələcəyinə xidmət üçün onu Parlamentdə görmək hamımızın müqəddəs arzusudur.

Cəfər Cəfərli, yazıçı-filoloq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO