MSK sədri:

MSK sədri: "86 nəfər deputatlığa namizədlik üçün müraciət edib"

Hazırda oxunan: MSK sədri: "86 nəfər deputatlığa namizədlik üçün müraciət edib"

200763

"48 seçki dairəsindən 86 nəfər deputatlığa namizədlik üçün müraciət edib. İrəli sürülən namizədlərdən artıq 10 nəfəri təsdiq olunub".

Bizim.Media xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, onlardan 2 nəfərə imza vərəqləri verilib: "Namizədlər 450 imza toplamalıdır. İmzaların toplanmasında bir problem olmamalıdır. Bu seçkilərdə bir nəfər bir neçə namizədə də imza ata bilər.
İmza toplamaq əziyyət tələb edir. Ona görə də diqqətlə yanaşılmalıdır".

Məhərrəm Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO