Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib - YENİLƏNİB/VİDEO

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib - YENİLƏNİB/VİDEO

Hazırda oxunan: Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib - YENİLƏNİB/VİDEO

200756

Məzahir Pənahovun sədrliyi ilə iyulun 6-da Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən Bizim.Media-ya bildirilib ki, əvvəlcə MSK-nın 2024-cü il 29 iyun və 2 iyul tarixli iclas protokolları təsdiq edilib.

Sonra sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Yeni Azərbaycan Partiyası, Azərbaycan Ümid Partiyası, Böyük Quruluş Partiyası, Demokratik İslahatlar Partiyası, “Ana Vətən” Partiyası, Müsavat Partiyası və Klassik Xalq Cəbhəsi Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb. Komissiya üzvlərinə hər bir siyasi partiyanın MSK-ya müvafiq müraciəti barədə ayrı-ayrılıqda məlumat verilib və sözügedən siyasi partiyalar tərəfindən təqdim olunan şəxslərin səlahiyyətli nümayəndələr kimi qeydə alınması qərara alınıb.

İclasda daha sonra bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib, həmçinin cari məsələlərə baxılıb.

MSK-nın iclası media subyektlərinin nümayəndələri tərəfindən geniş işıqlandırılıb.

*** 16:07

İyulun 6-da Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilir.

Bizim.Media xəbər verir ki, Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 10 məsələ daxil edilib.

Gündəlikdəki əsas məsələ 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə bir neçə partiyanın səlahiyyətli nümayəndələrinin müraciətinə baxılması ilə bağlıdır.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO