Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində vətəndaşlardan barələrində rüsvayedici məlumatlar yayacağı hədəsi ilə pul alan şəhər sakini Taleh Qədirov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, araşdırmalar zamanı özünü qazi kimi tanıdan T.Qədirovun bir nəfər şəhər sakinindən 1000 manat aldığı, bir nəfərdən isə eyni məbləğdə pul tələb etdiyi məlum olub.
Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
T.Qədirovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:34 / 06.07.2024
Özünü qazi kimi təqdim edərək vətəndaşları şantaj edən şəxs saxlanılıb
Hazırda oxunan: Özünü qazi kimi təqdim edərək vətəndaşları şantaj edən şəxs saxlanılıb
Hazırda oxunan: Özünü qazi kimi təqdim edərək vətəndaşları şantaj edən şəxs saxlanılıb
200676
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.