Maaşı gecikdirən işəgötürənləri bu cəza GÖZLƏYİR – XƏBƏRDARLIQ 

Maaşı gecikdirən işəgötürənləri bu cəza GÖZLƏYİR – XƏBƏRDARLIQ 

Hazırda oxunan: Maaşı gecikdirən işəgötürənləri bu cəza GÖZLƏYİR – XƏBƏRDARLIQ 

200431

Əmək haqqının vaxtında verilməməsi hər bir çalışan şəxsi narahat edən əsas mövzulardandır. Hər ayın eyni günündə verilən əməkhaqqı sosial rifah baxımından, insanlar üçün bir növ həyat sığortasıdır. Əməkhaqqının gecikməsi kommunal xidmətlərə və bank kreditlərinə yığılan borclar, ailə başçısının öz övladına verdiyi sözü yerinə yetirə bilməməsinə gətirib çıxarır.

Maaş gecikmələri əsasən özəl müəssisələrdə müşahidə olunur. Elə şirkətlər var ki, işçinin maaşını hətta 3 aya qədər gecikdirir. İş tapa bilməmək qorxusunda görə, çalışanların bir çoxu buna göz yummaq məcburiyyətində qalırlar.

Maraqlıdır, işəgötürən əməkhaqqını gecikdirdiyinə görə hansı hüquqi məsuliyyət daşıyır?

Hüquqşünas Əsabəli Mustafayev Bizim.Media-ya bildirib ki, əməkhaqqının ödəniş vaxtı və məbləği Əmək Müqaviləsində qeyd edilir:

“Əmək Məcəlləsinin bir çox maddələrində qeyd olunub ki, ödənilməli olan əməkhaqqının vaxtında ödənilməməsinə görə işəgötürən maddi və hüquqi məsuliyyət daşıyır. Yəni işəgötürənin “nə vaxt istəsəm ödəyərəm” kimi seçimi yoxdur. Əmək Məcəlləsində qeyd olunub ki, işəgötürən işçinin əməkhaqqını gecikdirirsə, hər günə görə əlavə 1% həcmində ödəniş etməlidir”.

Ekspertin sözlərinə görə, lakin işçinin ad və soyadının dəyişdirilməsi və ya bank kartında aparılacaq dəyişikliklər zamanı gecikmələr mümkün sayılır: 

“Yəni bu kimi hallarda işəgötürən təqsirkar olmur. Əməkhaqqı gecikən işçi işəgötürən barədə Əmək Müfəttişliyinə müraciət edə və aidiyyatı qurum da həmin şəxsi cəzalandıra bilər. İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə görə işəgötürən əməkhaqqını gecikdirdiyinə görə, 700-1500 manata qədər cərimələnə bilər”.

Nuranə Daxilqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO