Lənkəranda minik avtomobili velosipedçini vurdu

Lənkəranda minik avtomobili velosipedçini vurdu

Hazırda oxunan: Lənkəranda minik avtomobili velosipedçini vurdu

200177

Lənkəranda yol qəzasında velosipedçi xəsarət alıb.

Bizim.Media xəbər verir ki, axşam saatlarında Lənkəran rayonu ərazisində velosipedçinin vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hərəkətdə olan minik avtomobili Lənkəran rayon sakini, 1991-ci il təvəllüdlü Alim Cəlal oğlu Şahmarovu vurub. A.Şahmarov ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Həkimlər ona belin küt travması, dəqiqləşdirilməmiş kəllə-beyin travması və başın ənsə nahiyəsinin əzilmiş-didilmiş yarası diaqnozu qoyublar. Xəstəyə ilkin tibbi yardım göstərilib və vəziyyətinə uyğun olaraq reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda xəstənin müalicəsi reanimasiya şöbəsində davam edir.

Faktla bağlı araşdırma aparılır.

 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO