İƏGF Avrasiya Regional Mərkəzinin nümayəndələri Özbəkistan Qlobal Gənclər Festivalında - FOTO

İƏGF Avrasiya Regional Mərkəzinin nümayəndələri Özbəkistan Qlobal Gənclər Festivalında - FOTO

Hazırda oxunan: İƏGF Avrasiya Regional Mərkəzinin nümayəndələri Özbəkistan Qlobal Gənclər Festivalında - FOTO

200131

İslam Əməkdaşlıq Gənclər Forumu Avrasiya Regional Mərkəzinin (İƏGF Avrasiya Regional Mərkəzi) nümayəndə heyəti cari ilin 25-30 iyun tarixlərində Özbəkistan Respublikasının paytaxtı Daşkənd, eləcə də Səmərqənd şəhərlərində həyata keçirilən Qlobal Gənclər Festivalında iştirak ediblər. 

Bizim.Media xəbər verir ki, Özbəkistan Respublikasının Gənclərlə İş üzrə Agentliyinin təşkilatçılığı ilə keçirilən beynəlxalq tədbirə 100-dən çox ölkədən 1000 nəfərə qədər gənc lider və rəsmi şəxslər qatılıblar.

İlkin olaraq Səmərqənd şəhərində baş tutan beynəlxalq tədbir çərçivəsində “İslam Əməkdaşlığı Gənclər Forumu” başlıqlı sessiya keçirilib.

İki gün ərzində davam edən sessiyada İƏGF Avrasiya Regional Mərkəzinin nümayəndələri R. İsmaylov və R. Həbibzadə öz çıxışlarında təmsil etdikləri qurumun Avrasiya məkanında gənclər hərəkatı və gənclərlə işin təşkili, formal və qeyri-formal təhsilin gənclər sahəsi ilə əlaqəsi, islamofobiya haqqında gənclərin maarifləndirilməsi, ümumilikdə isə bu sahələrdə Azərbaycan təcrübəsindən və həyata keçirilən beynəlxalq layihələrdən bəhs edərək, sessiyanın gündəliyinə uyğun olaraq fikirlərini səsləndiriblər. 

Bununla yanaşı, Mərkəzin nümayəndələri region ölkələri arasında gənclər sahəsində əməkdaşlıq imkanları, həmçinin gənclərin inkişafına töhfə verən ortaq layihə və təşəbbüslər haqqında öz fikirlərini səsləndirərək, birgə fəaliyyətlərin keçirilməsini diqqətə çatdırıblar. 
Qlobal Gənclər Festivalı müddətində Mərkəzin nümayəndələri Avrasiya regionunda, həmçinin Azərbaycan Respublikası ərazisində gənclərin müxtəlif istiqamətlərdə inkişafını stimullaşdırmaq məqsədilə ikitərəfli əlaqələri gücləndirmək, ortaq fəaliyyətləri artırmaq üçün Özbəkistan Beynəlxalq İslam Akademiyasının rektoru Uyğun Qafurov, Tacikistan Respublikası Hökuməti yanında Gənclər və İdman Komitəsi sədrinin birinci müavini Şəbnəm Kərim Rəhimzoda və Pakistan İslam Respublikasının Əyalətlərarası Əlaqələndirmə Nazirliyinin Gənclər, İdman və Turizm sahələri üzrə Federal Katibi Nadeem İrşad Kayani ilə məhsuldar görüşləri baş tutmuşdur.

Qeyd edək ki, dünyanın müxtəlif ölkələrindən olan dövlət rəsmilərinin və gənc liderlərin iştirakı ilə beş gün davam edən Qlobal Gənclər Festivalı çərçivəsində “Gənc Diplomatlar” sammiti, “Sərhədsiz İmkanlar” sammiti, “Qlobal Təhsil” forumu, MDB üzvü olan ölkələrin “Gənc Parlamentarilərinin” iclası və MDB üzvü olan ölkələrin gənclərinin problemlərinin öyrənilməsinə dair elmi-praktik konfransı da keçirilmişdir.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO