“Azərbaycan İlahiyyat İnstitutu” publik hüquqi şəxsin yanında yaradılmış Bakı İlahiyyat Kollecinin loqosunun müəyyənləşməsi üçün cari il may ayının 27-də müsabiqə elan edilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən Bizim.Media-ya bildirilib ki, bu məqsədlə Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut Əliyeva, Azərbaycan İlahiyyat İnstitutunun Elm və innovasiyalar üzrə prorektoru Mirniyaz Mürsəlov, AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi Zaur Orucovdan ibarət komissiya təşkil edilib.
Loqo müsabiqəsi ilə əlaqədar keçirilən iclasda loqo nümunələri komissiya üzvlərinə təqdim olunub və müzakirələr aparılıb.
Qeyd edək ki, müsabiqəyə 15 müəllif tərəfindən 22 loqo nümunəsi təqdim edilib. Elan edilən parametrlər üzrə qiymətləndirmədən sonra, Bəhruz Əliyevin təqdim etdiyi loqo nümunəsinin Bakı İlahiyyat Kollecinin məqsəd və məramını daha yaxşı əks etdirməsi müəyyən olunub.
Belə ki, loqonun sağ və sol hissəsində əks olunan günbəzlər insanlar arasında həmrəyliyi, kitab elmin əsas qaynağını, səkkiz guşəli ulduz Azərbaycanın Dövlət Bayrağında və Gerbində istifadə olunan simvolu ifadə edir. Qədim və tarixi rəmz olan Qız Qalasının təsviri isə kollecin Bakıda yerləşməsi ilə əlaqədardır.
Loqo müsabiqəsində fərdi qaydada iştirak edərək qalib seçilən Bəhruz Əliyev mükafatlandırılıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:41 / 02.07.2024
Bakı İlahiyyat Kollecinin yeni loqosu məlum olub - FOTO
Hazırda oxunan: Bakı İlahiyyat Kollecinin yeni loqosu məlum olub - FOTO
Hazırda oxunan: Bakı İlahiyyat Kollecinin yeni loqosu məlum olub - FOTO
200125
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.