Bu şəxslər üçün Bakı və Gəncədə yardım mərkəzləri YARADILDI 

Bu şəxslər üçün Bakı və Gəncədə yardım mərkəzləri YARADILDI 

Hazırda oxunan: Bu şəxslər üçün Bakı və Gəncədə yardım mərkəzləri YARADILDI 

200080

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sosial sifarişləri əsasında Bakıda və Gəncədə məişət zorakılığından zərər çəkmiş şəxslər üçün yardım mərkəzləri fəaliyyətə başlayıb. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, mərkəzlər "Məişət zorakılığından zərər çəkmiş şəxslər üçün yardım mərkəzlərinin inkişafına dəstək" layihəsi çərçivəsində yaradılıb. 

Layihənin məqsədi məişət zorakılığından zərər çəkmiş şəxslərin rifahının yaxşılaşdırılması, hüquqlarının qorunması, eləcə də cəmiyyətdə hərtərəfli və ahəngdar inkişafının təmin edilməsidir. 

Mərkəzlərin xidmətlərindən yararlanmaq istəyənlər Sosial Xidmətlər Agentliyinin regional filiallarına, eləcə də sosial şəbəkə hesablarına müraciət edə bilər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO