Ötən ay Bakıda 27 nəfəri gün vurub – RƏSMİ  

Ötən ay Bakıda 27 nəfəri gün vurub – RƏSMİ  

Hazırda oxunan: Ötən ay Bakıda 27 nəfəri gün vurub – RƏSMİ  

200048

İyun ayı ərzində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri üzrə günvurma ilə əlaqədar 27 nəfərin müraciəti qeydə alınıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Tibbi Yardım Mərkəzinin məlumatında bildirilib.

Məlumata görə, onlardan 5 nəfər xəstəxanaya hospitalizasiya olunub, 20-nə yerində yardım göstərilib, 2-si isə hospitalizasiyadan imtina edib: 

"Yerində yardım göstərilənlərdən iki nəfər 6 və 7 yaşlarında şəxslərdir". 

Qeyd edək ki, 2023-cü ilin iyun ayı ərzində Bakı şəhəri üzrə təcili tibbi yardıma günvurma ilə əlaqədar 9 nəfərin müraciəti qeydə alınıb. Onlardan 2 nəfər xəstəxanaya təxliyə olunub, 7 nəfərə isə yerində yardım göstərilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO