Yenidən cinayət məsuliyyətinə cəlb edilən “Quska” ləqəbli sabiq deputat Hüseyn Abdullayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, hazırda tərəflər iş materialları ilə tanış olurlar.
“Quska”ya qarşı yekun olaraq Cinayət Məcəlləsinin 193-1.3.2-ci ( cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma) maddəsi ilə ittiham elan edilib. O, 6 milyon manat vəsaitin qanunsuz leqallaşdırılmasında təqsirləndirilir. Bu maddənin sanksiyasında 7 ildən 12 ilə kimi azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
Yaxın günlərdə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.
Qeyd edək ki, H.Abdullayev 2018-ci ildə 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. Həmin müddət bu yaxınlarda başa çatıb. Lakin yeni cinayət işinə görə o, azadlığa çıxa bilməyib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:27 / 02.07.2024
Sabiq deputatın cinayət işi başa çatdı - 6 milyon manatı qanunsuz leqallaşdırıb
Hazırda oxunan: Sabiq deputatın cinayət işi başa çatdı - 6 milyon manatı qanunsuz leqallaşdırıb
Hazırda oxunan: Sabiq deputatın cinayət işi başa çatdı - 6 milyon manatı qanunsuz leqallaşdırıb
200042
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.