35 yaşı tamam olmamış və əvvəlki illərdə barələrində yararsız qərar qəbul edilmiş, lakin möhlət hüququ bitən vətəndaşların müayinəsi də təkrar hərbi həkim komissiyası tərəfindən həyata keçiriləcək.
Bizim.Media qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədr müavini Ramin Rzayev deyib.
Qurum rəsmisinin sözlərinə görə, yenidən yararsızlıq barədə qərar qəbul edilməsi üçün isə çağırışçılar Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndəriləcəklər:
"Əvvəlki qayda ilə Hərbi Komissarlıq tərəfindən elektron bildiriş göndərilməklə çağırışçılar çağırışa cəlb olunacaqlar. Çağırışa cəlb olunan şəxslər mütləq müayinə metodlarından keçməsi üçün elektron qaydada tibb müəssisəsinə yönləndiriləcəklər. Tibb müəssisəsindən qeydiyyatdan və müayinədən keçdikdən sonra əllərindəki nəticələr Səfərbərlik Xidmətinin elektron sisteminə yüklənəcək. Səfərbərlik Xidməti həmin şəxsləri doqquz həkimdən ibarət hərbi-həkim komissiyası tərkibində müayinə edəcək, onlar barədə yararlı, məhdud yararlı və yararsızlıq barədə qərar qəbul edəcək. Yararlı şəxslər birbaşa hərbi xidmət üçün hərbi hissələrə veriləcəklər".
Qeyd edək ki, bir sıra kateqoriya üzrə rəy verilmiş hərbi xidmətə çağırılanlarla bağlı yekun tibbi müayinəni bu gündən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) həyata keçirir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
22:23 / 01.07.2024
“Neqodnı”ların aqibəti necə olacaq? - RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: “Neqodnı”ların aqibəti necə olacaq? - RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: “Neqodnı”ların aqibəti necə olacaq? - RƏSMİ AÇIQLAMA
199983
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.