Şabranda ağır qəzaya düşən gömrük əməkdaşları ilə bağlı YENİ DETALLAR – ÖZƏL 

Şabranda ağır qəzaya düşən gömrük əməkdaşları ilə bağlı YENİ DETALLAR – ÖZƏL 

Hazırda oxunan: Şabranda ağır qəzaya düşən gömrük əməkdaşları ilə bağlı YENİ DETALLAR – ÖZƏL 

199878

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun Dəvəçi kəndindən keçən hissəsində "SHACMAN" markalı yük maşını ilə "Mercedes" markalı minik avtomobili toqquşub. Qəza zamanı bir nəfər ölüb, üç nəfər isə yaralanıb.

Bizim.Media-nın şimal bürosunun əldə etdiyi məlumata görə, qəzaya düşən şəxslər Dövlət Gömrük Komitəsinin Samur postunun texniki işçiləri olub.
 

MÖVZU İLƏ BAĞLI:

Gömrük əməkdaşları Şabranda qəzaya düşdü - Ölən və yaralananlar var


Qəzada həyatını itirən Vahid Əmirli Naxçıvan Muxtar Respublikasının Babək rayonundandır. 30 yaşlı Vahid Əmirli Samur gömrük postunda mühafizəçi işləyirdi.

Ağır qəzada yaralanan Pəri Vəliyeva və Seyidağa Səmədov isə Bakı sakinləridir. Onların hər ikisi də Samur postunun texniki işçiləri olub.

Hadisə ilə bağlı Bizim.Media-ya açıqlama verən Baş DYP idarəsinin inspektoru, polis leytenantı Elvin Hacıyev bildirib ki, fakta görə istintaq və təhqiqat şöbəsində araşdırmalara başlanılıb.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO