İmişlidə baş verən qəzada 39 yaşlı sürücü hadisə yerində ölüb.
Bizim.Media apa.az-a istinadən xəbər verir ki, hadisə İmişli şəhərində baş verib.
İmişli şəhər sakini, 1985-ci il təvəllüdlü Quliyev Xəlil Asif oğlu idarə etdiyi “Mercedes” markalı avtomobili maneəyə çırpması nəticəsində aşırıb.
Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media