Bakıda gecə söküntü aparıldı: Qadını evindən zorla çıxardılar - VİDEO

Bakıda gecə söküntü aparıldı: Qadını evindən zorla çıxardılar - VİDEO

Hazırda oxunan: Bakıda gecə söküntü aparıldı: Qadını evindən zorla çıxardılar - VİDEO

199733

Bakıda söküntü işlərinin aparıldığı ərazidə öz mənzilini tərk etməkdən imtina etdiyi güman edilən qadın gecə saatlarında naməlum şəxslər tərəfindən evindən zorla çıxarılıb.

Bizim.Media  oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunun Murtuza Muxtarov 145 küçəsində qeydə alınıb.

Belə ki, bir neçə nəfər öncə qadının yaşadığı evə yaxınlaşaraq oradakı çəpəri sökməyə çalışıb. Sonra ekskavator işə salınaraq həm çəpər dağıdılıb, həm də oradakı ağac qırılıb.

Ardınca naməlum şəxslər qadının evinə girib onu sürüyərək mənzilindən çıxarıblar.

Bundan sonra ekskavator sözügedən evi dağıtmağa başlayıb.

Həmin görüntüləri təqdim edirik:
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO