Tərtərdə ağır qəza - Xəsarət alanlar var - VİDEO

Tərtərdə ağır qəza - Xəsarət alanlar var - VİDEO

Hazırda oxunan: Tərtərdə ağır qəza - Xəsarət alanlar var - VİDEO

199627

Tərtərdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosunun əldə etdiyi məlumata görə, hadisə Tərtər-Hindarx yolunun Tərtər rayon Qaynaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, rayon sakini, 1985-ci il təvəllüdlü Məmmədov Emin Hümbət oğlunun idarə etdiyi “VAZ 21010” markalı avtomaşın, Mingəçevir şəhər sakini, 1992-ci il təvəllüdlü Qocayev İlkin Bəhmən oğlunun idarə etdiyi “BMW” markalı avtomaşınla toqquşub, nəticədə hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar mərkəzi rayon xəstəxanasına çatdırılıb. Hələ ki, yaralıların son vəziyyəti ilə bağlı dəqiq məlumat yoxdur.

Faktla bağlı araşdırma başlanılıb.
 

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO