Gəncədə DƏHŞƏT: Benzinlə dolu qabı yandırıb insanların üstünə atdı

Gəncədə DƏHŞƏT: Benzinlə dolu qabı yandırıb insanların üstünə atdı

Hazırda oxunan: Gəncədə DƏHŞƏT: Benzinlə dolu qabı yandırıb insanların üstünə atdı

199604

Gəncədə 3 nəfərə yanıq xəsarəti yetirilib.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, şəhər sakinləri M. Namazov, E. Zeynalov və N. Kazımov yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, onlar mübahisə nəticəsində başqa bir şəxsin içərisi benzinlə dolu plastik qabı yandıraraq üzərilərinə atılması nəticəsində xəsarət alıblar.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, iyunun 29-da gecə saat bir radələrində Gəncə şəhər sakini, 1995-ci il təvəllüdlü Pərviz Kazımov münaqişə zəmnində içərisində benzin olan plastik qabı yandıraraq həmyerlisi, 1997-ci il təvəllüdü Muraz Namazovun üzərinə atmışdır.

Hadisə nəticəsində M. Namazov, tanışları, 1993-cü il təvəllüdü E Eltəkin Zeynalov və 2004-cü il təvəllüdlü Niyaməddin Kazımov müxtəlif yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Polis əməkdaşlarının keçirdikləri tədbilərlə hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalar davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO