Əhalinin NƏZƏRİNƏ: Bakının iki rayonunda işıq olmayacaq

Əhalinin NƏZƏRİNƏ: Bakının iki rayonunda işıq olmayacaq

Hazırda oxunan: Əhalinin NƏZƏRİNƏ: Bakının iki rayonunda işıq olmayacaq

199511

Bu gün Bakının Nəsimi və Nərimanov rayonlarında elektrik enerjisinin verilişində fasilə yaranacaq. 

Bu barədə Bizim.Media-ya “Azərişıq” ASC-dən məlumat verilib. 

Bildirilib ki, paytaxtın Nəsimi rayonunda Ceyhun Hacıbəyli, Mirəli Qaşqay, Qulu Quliyev, Mirəsədulla Mirqasımov, Həsən Əliyev, Mövsüm Sənani, Mərdanovlar qardaşları, Nərimanov rayonunda isə Xan Şuşinski, Hənifə Ələsgərov küçələrində saat 16:30-dan saat 20:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. 

Abonentlərin elektrik təchizatının yaxşılaşdırılması məqsədilə “Azərişıq” sözügedən ərazilərin işıqlandırılmasını təmin edən 35/6 Kv-luq 96 saylı yarımstansiyada əlavə gücləndirmə işləri həyata keçirir.
Görülən işlər yekunlaşdırıldıqdan sonra elektrik enerjisinin verilişi tam təmin ediləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO