Sertifikasiya imtahanı repetitorların “sonu”nu gətirəcək? – AÇIQLAMA 

Sertifikasiya imtahanı repetitorların “sonu”nu gətirəcək? – AÇIQLAMA 

Hazırda oxunan: Sertifikasiya imtahanı repetitorların “sonu”nu gətirəcək? – AÇIQLAMA 

199488

Xəbər verdiyimiz kimi, 21, 22 və 24 iyun tarixlərində dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi baş tutub. Builki sertifikasiya imtahanlarında 64 min 500 müəllim iştirak edib. Ümumilikdə 27 min 379 müəllim uğur qazanıb.

Hər iki cəhddə keçid balını toplaya bilməyənlər cəmi 4 030 nəfərdir ki, bu da ibtidai sinif müəllimlərinin 13 faizini təşkil edir. 443 müəllim isə hələ prosesdə iştirak etməyib.

Maraqlıdır, sertifikasiya imtahanları yekunda Azərbaycan təhsilinə uğurlu töhfə verəcəkmi? Şagirdlər artıq repetitor yanında yox, məktəbdə dərsi mənimsəyə biləcəklərmi?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan təhsil eksperti Qoşqar Məhərrəmov məsələni belə izah edib:

“Dört cəhətdən sertifikatlaşdırma təhsilə töhfə verəcək. Birinci, müəllimlər öz üzərlərində işləməyə məcbur olacaqlar, inkişafa yönələcəklər. Beləliklə, daim öyrənmə anlayışı təşviq ediləcək. İkinci, müəllimlərə lazım olan biliklərin minimal standartları onlara aşılanacaq. Üçüncü, heç cür inkişaf edə bilməyən, diplomunu doğrulda bilməyən insanlar sistemdən kənarlaşdırılacaq. Dördüncü, uğurlu müəllimlərin məvacibini artırmaqla onların maddi rifahına töhfə veriləcək”.

Ekspert şagirdlərin yenə repetitor yanına gedəcəklərini önə çəkib:

“Bu imtahanlarda uğur qazanan müəllimlər daha yüksək şövq və özgüvən ilə repetitorluğa davam edəcəklər. Repetitorluğun səbəbi müəllimlərin keyfiyyət göstəriciləri deyil. Repetitorluq imtahan sistemi ilə məktəb sistemi arasındakı uyğunsuzluğun nəticəsidir. Məzmunda təzad olmasa belə, 6-7 ilin materialını son bir iki ildə öyrənməyə çalışan şagird repetitorsuz hazırlaşa bilməz”.

Məhərrəm Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO