Ramil Hacıyev Qarabağ Universitetində yüksək vəzifəyə TƏYİN OLUNDU 

Ramil Hacıyev Qarabağ Universitetində yüksək vəzifəyə TƏYİN OLUNDU 

Hazırda oxunan: Ramil Hacıyev Qarabağ Universitetində yüksək vəzifəyə TƏYİN OLUNDU 

199473

Qarabağ Universitetinin Beynəlxalq dil mərkəzinə direktor seçilib. 

Bizim.Media xəbər verir ki, Qarabağ Universitetinin rektoru Şahin Bayramovun müvafiq əmri ilə Ramil Hacıyev Beynəlxalq dil mərkəzinə direktor təyin olunub. 

Qeyd edək ki, R.Hacıyev Türkiyənin 19 Mayıs Universitetində "İngilis dili müəllimliyi" ixtisası üzrə bakalavr, "Xarici dilin tədrisi metodologiyası" ixtisaslaşması üzrə isə magistratura təhsilini tamamlayıb.

Hazırda təhsilini doktorantura səviyyəsində davam etdirir. R.Hacıyev "British School", SABAH qrupları və Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadiyyat Məktəbində müxtəlif proqramlar üzrə dərsləri tədris edib.
Həmçinin müxtəlif universitetlərin ingilis dili proqramlarında müəllim, direktor müavini və direktor vəzifələrində çalışıb. O, London Biznes Mərkəzi, Arizona Dövlət Universiteti, Oksford Kolleci və digər nüfuzlu təhsil müəssisələrində təşkil olunmuş təlimlərdə və ixtisasartırma proqramlarında iştirak edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO