Bakıda 74 yaşlı kişi sevgilisinə xəsarət yetirdi

Bakıda 74 yaşlı kişi sevgilisinə xəsarət yetirdi

Hazırda oxunan: Bakıda 74 yaşlı kişi sevgilisinə xəsarət yetirdi

199402

Bakının Xəzər rayonunda 1950-ci il təvəllüdlü Elman sevgi münasibətində olduğu Xuramana (adlar şərti göstərilib – red.) xəsarət yetirib.

Bizim.Media demokrat.az-a istinadən xəbər verir ki, hadisə Elmana məxsus evdə baş verib.

Elman yaşadığı evdə olan zaman tanışı Xuraman ilə aralarında şəxsi münasibətlərin pozulması zəmnində mübahisə yaranmış mübahisə zamanı onu plastik materialdan hazırlanmış şotkanın taxta materialdan olan dəstəyi ilə baş nahiyyəsinə bir dəfə vurub.

Hadisəni törədən Elmanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Xuraman onun tanışıdır: “Mən mütəmadi olaraq Xuramanın işlətdiyi kafeyə getmişəm. Hadisə günü Xuraman və onun qızı Ramilə evimə qonaq kimi gəldilər. Yemək yedikdən sonra bir qədər spirtli içki qəbul etdik. Sonradan Xuraman ilə aramızda sözlə mübahisə yarandı. Bu zaman plastik süpürgənin qulpu ilə Xuramanın başından vurdum”.

Bu cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Elmanın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO