Emin Əmrullayev: “Dərs saatlarının bölgüsündə sertifikatlaşdırma balı nəzərə alınacaq”

Emin Əmrullayev: “Dərs saatlarının bölgüsündə sertifikatlaşdırma balı nəzərə alınacaq”

Hazırda oxunan: Emin Əmrullayev: “Dərs saatlarının bölgüsündə sertifikatlaşdırma balı nəzərə alınacaq”

199349

“Dərs saatlarının bölgüsündə sertifikatlaşdırma nəticələri nəzərə alınacaq”.

Bizim.Media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində "Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, yüksək nəticə göstərənlərin daha çox dərs deməsinə çalışılacaq:

"İstəyirik ki, uşaqlarımıza daha yaxşı nəticə göstərmiş müəllimlərimiz dərs desin. Lakin elə anlaşılmasın ki, biz sertifikatlaşdırmadan aşağı nəticə göstərən müəllimlərin dərs saatlarını əllərindən alıb onlar verəcəyik.

Sadəcə mübahisələr zamanı və dərs saatlarının bölgüsündə bu alqoritmdən də istifadə edəcəyik. Burada kimsə 1 bal daha artıq yığıbsa? məntiqi ilə yox, 57 bal toplayanla 31 bal toplayan müəllimə fərq qoyulacaq".

Nuranə Daxilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO