Azərbaycanda polis əməkdaşı həbs edildi

Azərbaycanda polis əməkdaşı həbs edildi

Hazırda oxunan: Azərbaycanda polis əməkdaşı həbs edildi

19933

Gəncə Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Qara Həsənovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Bizim.Media xəbər verir ki, hakim Xəqani Səmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Q.Həsənov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunub və məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, yol-nəqliyyat hadisəsi 2019-cu ilin dekabr ayında Şəmkir-Düyərli yolunun 8-ci kilometrliyində qeydə alınıb.

Belə ki, rayonun Dəllər-Çırdaxan kənd sakini, 1965-ci il təvəllüdlü Həsənov Qara Abdulla oğlu sərxoş vəziyyətdə idarə etdiyi "VAZ-2107" markalı 57-BK-322 dövlət nömrə nişanlı avtomobillə yolu keçmək istəyən Düyərli kənd sakini, 1967-ci il təvəllüdlü Rüstəmov Cəmaləddin Hidayət oğlunu vuraraq hadisə yerindən qaçıb.

Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Xatırladaq ki, Q.Həsənov hadisəni törədən zaman Şəmkir Rayon Polis Şöbəsində polis sahə rəisi vəzifəsində çalışıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO