Bakıda elektron qolbaqlı məhkum oğurluq etdi - VİDEO

Bakıda elektron qolbaqlı məhkum oğurluq etdi - VİDEO

Hazırda oxunan: Bakıda elektron qolbaqlı məhkum oğurluq etdi - VİDEO

19920

Paytaxtın Səbail rayonu ərazisində yerləşən evlərdən oğurluq edən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş Hüsü Quliyev və Aslan Əsgərov tutulublar.

Bu şəxslər Səbail rayonu Badamdar qəsəbəsində yerləşən 3 mənzildən ümümi dəyəri 5 min manata yaxın olan təmir-tikinti və məişət alətləri oğurlayıblar.

Qeyd edək ki, saxlanılan şəxslərdən biri Hüsü Quliyev azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsdir. O, məhkumlar üçün nəzərdə tutulan elektron qolbaqla təchiz edilib. Buna baxmayaraq H.Quliyev oğurluq etdiyi üçün yenidən saxlanılıb.

Faktla bağlı Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi başlanılıb.

Saxlanılanların digər cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bizim.Media

 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO