Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü Naxçıvanda da qeyd olunub.
Bizim.Media xəbər verir ki, Milli Qəhrəman Polad Həşimovun anası Səmayə Həşimova Naxçıvanda şəhid anaları ilə görüşüb.
O, iyun ayının 9-da naməlum şəraitdə itkin düşən Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Ceyhun Tofiq oğlu Hüseynovun ailəsini ziyarət edib.
Həmçinin, məclisdə II Qarabağ müharibəsində eyni gündə şəhidlik zirvəsinə ucalan Əli və İslam Əhmədovların anası Sevinc Əhmədova da olub.
Xatırladaq ki, Mingəçevirdən olan iki qardaş - Əli və İslam Əhmədovlar II Qarabağ Müharibəsində Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə eyni gündə şəhidlik zirvəsinə ucalıblar.
Qeyd edək ki, Naxçıvandan olan Azərbaycan Respublikasının hərbi qulluqçusu əsgər Ceyhun Hüseynovun nəşi bu il iyunun 9-da Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt yaşayış məntəqəsində aşkar edilib. Əslən Ordubaddan olan Ceyhun Hüseynov Azərbaycan Diplomatik Akademiyasının (ADA) tələbəsi olub. Universitetə yüksək balla daxil olub və qırmzı diplomla bitirib.
Bizim.Media