Hava şəraiti pisləşəcək - XƏBƏRDARLIQ

Hava şəraiti pisləşəcək - XƏBƏRDARLIQ

Hazırda oxunan: Hava şəraiti pisləşəcək - XƏBƏRDARLIQ

19908

Ölkə ərazisində hava şəraiti pisləşəcək.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.media-ya verilən xəbərə görə, mayın 5-i səhərdən 6-sı səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, 15-20  m/s, arabir 23-25 m/s, mayın 5-i gündüz yarımadanın bəzi yerlərində arabir 28-32 m/s-dək güclənəcəyi gözlənilir. Arabir yağış yağacağı ehtimalı var.

Mayın 5-dən 6-sı axşamadək  Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv, əsasən şimal və qərb rayonlarında güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı gözlənilir. 

Qərb küləyi əsəcək, arabir 15-20 m/s, mayın 5-də ayrı-ayrı yerlərdə arabir 25-30  m/s-dək güclənəcək. 

Çaylarda sululuğun artacağı gözlənilir. Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimalı var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO