Kəlbəcərdə ağır QƏZA: Bir ailənin 2 üzvü dünyasını dəyişdi, 4 nəfər xəsarət aldı

Kəlbəcərdə ağır QƏZA: Bir ailənin 2 üzvü dünyasını dəyişdi, 4 nəfər xəsarət aldı

Hazırda oxunan: Kəlbəcərdə ağır QƏZA: Bir ailənin 2 üzvü dünyasını dəyişdi, 4 nəfər xəsarət aldı

199075

Kəlbəcərdə iki nəfərin ölümü, üç nəfərin ağır xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayonun İstibulaq kəndində "Mercedes" markalı avtomobilin sürücüsünün idarəetməni itirməsi nəticəsində maşın yoldan çıxaraq aşıb.

Qəza zamanı 1955-ci il təvəllüdlü Məqsəd Həbib oğlu Lazımov və onun həyat yoldaşı 1958-ci il təvəllüdlü Qənirə Ağalar qızı Hüseynova aldıqları ağır bədən xəsarətlərdən hadisə yerində vəfat ediblər. Hadisə nəticəsində avtomobildə olan onların qızları - 1984-cü il təvəllüdlü Ruhanə Məqsəd qızı Rəsulova və 1982-ci il təvəllüdlü Xəyalə Məqsəd qızı Yusifova, kürəkənləri, 1980-ci il təvəllüdlü Rəsulov Elşad Kazım oğlu və 1979-cu il təvəllüdlü Yusifov Vüsal Fazil oğlu ağır dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Qəza zamanı maşının sürücüsü Qocayev Elnur Novruz oğlu da xəsarət alıb. Yaralıların vəziyyətinin ağır və orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO