Natiq Qasımovun ailəsi Prezidentə TƏŞƏKKÜR ETDİ

Natiq Qasımovun ailəsi Prezidentə TƏŞƏKKÜR ETDİ

Hazırda oxunan: Natiq Qasımovun ailəsi Prezidentə TƏŞƏKKÜR ETDİ

199055

"Natiq Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi ilə bağlı sərəncama görə Ali Baş Komandana təşəkkür edirəm".

Bizim.Media xəbər verir ki, bunu report-a Milli Qəhrəman Natiq Qasımovun qardaşı Nofəl Qasımov deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Natiq Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib


N.Qasımov bildirib ki, bu gün onun ad günüdür, bu xəbər həyatında aldığı ən böyük ad günü hədiyyəsidir:

"33 ildə Natiq Qasımovun sağ-salamat gəlməsini istəmişik. Bu illər dövlətimiz tərəfindən çox axtarışlar olub. Təssüf ki, taleyi barədə hələ də məlumatımız yoxdur. Biz həmişə onun özünün taleyi barədə məlumatı əldə edə bilməsək də, ən azı göstədiyi qəhrəmanlığın qiymətləndirilməsini gözləyirdik. Sağ olsun Ali Baş Komandanımız, cənab İlham Əliyev, istəyimizi, arzumuzu həyata keçirdi.

Cənab Prezidentə təşəkkür edirəm. Şükür bu günə, Natiq Qasımovun düşmən qarşısında göstərdiyi şücaətinə görə Milli Qəhrəman adı verildi”.

“Xalqıma da təşəkkür edirəm ki, bu gün hər kəs yanımızdadır. Hamı zəng edib təbrik edir. Düzdür, biz onun daha sağ olduğunu düşünmürük. Çünki ermənilərə elə dağ çəkib ki, onu salamat buraxdıqlarını düşünmürəm", - o əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO