Cəlilabad rayon sakini bədbəxt hadisə nəticəsində həyatını itirib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə Masallıda yerləşən istirahət mərkəzlərindən birində qeydə alınıb.
Belə ki, orada istirahət edən Cəlilabadın Qarazəncir kənd sakini, 2003-cü il təvəllüdlü Hasil Cəfər oğlu Cəfərov suya tullanan zaman başı daşa dəyib və zərbə onun ölümünə səbəb olub.
Mərhum doğulduğu kənddə dəfn edilib.
Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu