Şuşada beynəlxalq gənclər forumu keçirilir - 200-ə yaxın qonaq gəlib

Şuşada beynəlxalq gənclər forumu keçirilir - 200-ə yaxın qonaq gəlib

Hazırda oxunan: Şuşada beynəlxalq gənclər forumu keçirilir - 200-ə yaxın qonaq gəlib

198931

Şuşa şəhərində "By Youth For Youth" (Gənclər tərəfindən gənclər üçün) Beynəlxalq Forumu öz işinə başlayıb.

Bizim.Media xəbər verir ki, hazırda tədbirin açılış mərasimi keçirilir. Ardınca yüksək səviyyəli panel müzakirələr olacaq.

Forumda dövlət rəsmiləri, beynəlxalq təşkilatların və müxtəlif ölkələrin yüksək vəzifəli şəxsləri, qonaqlar və İCESCO-ya daxil olan ölkələrdən 200-ə yaxın şəxs iştirak edir.

Forumun məqsədi İslam Dünyası gənclərinin sülh yaratma, davamlı inkişaf, mədəniyyət, ətraf mühitlə bağlı baxış və təcrübələrini müzakirə etmək, bu sahədə onların iştirakına, innovativ həllərin müzakirəsinə və gənc liderlərin şəbəkələşməsinə imkan yaratmaqdır.

Qeyd edək ki, forum 26-27 iyunda Bakı şəhərində davam edəcək. Paytaxtda gənclərin iştirakı ilə panel müzakirələr, təqdimatlar keçiriləcək. Dünyanın dörd qitəsindən gələn iştirakçılar Azərbaycanın zəngin multikultural tarixi və mədəniyyəti, ali təhsil müəssisələri ilə tanış olacaqlar.

Bu tədbir Azərbaycanın müxtəlif regionlarla xoş məqsədli əlaqələrinin genişləməsində gənclərin iştirakının artmasına töhfə verəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO