Çad Respublikasının gənclər və idman naziri Abakar Cermah Aumi Azərbaycana rəsmi səfəri zamanı Milli Gimnastika Arenasına baş çəkib.
Azərbaycan Gimnastika Federasiyasından (AGF) Bizim.Media-ya verilən məlumata görə, qonaqları AGF və Milli Gimnastika Arenasının nümayəndə heyəti qarşılayıb.
Qonaqlar arenada yaradılan şəraitlə tanış olublar.
Bizim.Media