Yolun düşsə, bu dünyaya bir də gəl... Azad Rəhimov səmimiyyətinin sevgisi - FOTOLAR

Yolun düşsə, bu dünyaya bir də gəl... Azad Rəhimov səmimiyyətinin sevgisi - FOTOLAR

Hazırda oxunan: Yolun düşsə, bu dünyaya bir də gəl... Azad Rəhimov səmimiyyətinin sevgisi - FOTOLAR

19878

Gənclər və İdman naziri Azad Rəhimovun ölümü sadə vətəndaşlarla yanaşı, deputat və nazirləri də üzüb.

Bizim.Media xəbər verir ki, Azad Rəhimovun ölümünə xarici ölkələrdən olan idmançılar, beynəlxalq idman təşkilatları məyus olduqlarını ifadə ediblər. Mərhum nazirə karyerası ərzində ən yaxın olanlar isə elə Gənclər və İdman nazirliyinin əməkdaşlarıdır. 

Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev “Facebook” səhifəsində paylaşımlarının birini mərhum nazirin fotosu və “Yaddaşlarda yaşayacaq” başlığı ilə bölüşüb.

Nazirliyin digər müavin vəzifəsində olan İntiqam Babayevin bölüşdükləri isə daha emosionaldır. Çünki nazir müavini dünyaya göz yuman Azad Rəhimovun gözü yaşla dolmuş şəkilini paylaşıb və fotonun üzərinə yazıb ki, “Vətənini sevən insan! Ruhunuz şad olsun”.

İntiqam Babayev digər paylaşımında Azad Rəhimovla ortaq rəsimlərini paylaşaraq 56 yaşda, ömür payının yarısında vəfat edən mərhum nazirə rəhmət diləyib:

“Siz əməkdaşlarınızın hər biri üçün sadəcə nazir yox, sözün əsl mənasında doğma insansınız”.
Hər zaman Azad Rəhimovun yanında görməyə alışdığımız, idman yarışlarında medianı koordinasiya edən nazirliyin mətbuat katibi Səmayə Məmmədovanın qüssəsi isə hələ də kirimir. Onun “Xöşbəxtlik bilirsiniz nədir? Sən yada düşəndə üzdə təbəssümün yaranması...” fikirləri Azad Rəhimova olan sevgisinin və dünyadan köçməsinə görə keçirdiyi nisgilin bir hissəsidir. 

Səmayə Məmmədovanın “Facebook” profilində daşı belə ağlada biləcək paylaşımı isə budur: 

“Yuxuma girsən, Vallah “niyə” sualını verməyəcəm. Heç nə deməyəcəm. Sadəcə boynunu bərk-bərk qucaqlayıb: “Can, can bir də can” deyəcəm”.

Nazirliyin şöbə müdiri Fuad Babayev də öz facebook səhifəsində “Yolun düşsə bu bu dünyaya bir də gəl!... Gözəl və mehriban insan, ruhunuz şad olsun...” ifadəsini, fikirlərini yazaraq Azad Rəhimovla birgə şəklini paylaşıb.

Nazirlik əməkdaşlarının digər bölüşdüklərini də təqdim edirik.

Bizim.Media 













© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO