Xarici universitetlərdən köçürülmək istəyən tələbələrin NƏZƏRİNƏ! 

Xarici universitetlərdən köçürülmək istəyən tələbələrin NƏZƏRİNƏ! 

Hazırda oxunan: Xarici universitetlərdən köçürülmək istəyən tələbələrin NƏZƏRİNƏ! 

198737

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi xarici təhsil müəssisələrindən köçürülmək istəyən tələbələrə müraciət edib. 

Agentlikdən Bizim.Media-ya verilən xəbərə görə, qaydalara əsasən xaricdə natamam ali təhsil alan (təhsilini tamamlamamış) şəxslər öz təhsillərini Azərbaycanda yerləşən ali təhsil müəssisələrinin birində davam etdirmək üçün ilkin olaraq kvalifikasiyalarının qismən akademik tanınması haqqında şəhadətnamə əldə etməlidirlər. 

Bu şəhadətnamə sahibinə yerli ali təhsil müəssisələrindən birinə köçürülmək üçün müraciət hüququ verən vacib sənədlərdən biridir.

Tələbələrin köçürülməsi yay mövsümündə başlayacağı üçün prosesdə iştirak edəcək şəxslərin şəhadətnamə əldə etməsi üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinə //apply.enic.edu.az/ keçidi vasitəsilə elektron qaydada müraciət etmələri tövsiyə olunur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO