Xəbər verdiyimiz kimi, Dərbənd kilsəsinin keşişi Nikolay Kotelnikov bu gün axşam saatlarında Dağıstanda pravoslav kilsəsinə silahlı hücum zamanı öldürülüb.
Bizim.Media xəbər verir ki, o, bir neçə il Bakı yeparxiyasında çalışıb.
Onun ölümü ilə bağlı arximandrit Aleksi sosial şəbəkələrdə belə yazıb:
"Bakıda bu keşişi yaxşı tanıyırdılar və sevirdilər. Dağıstanın dini icmalarına və bütün çoxmillətli xalqına dərin hüznlə başsağlığı verirəm".
Xatırladaq ki, Qərbi Avropa Patriarxlıq Eksarxlığının din xadimi arximandrit Aleksi əvvəllər Bakı və Azərbaycan yeparxiyasının katibi vəzifəsində çalışıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
23:57 / 23.06.2024
Dərbənddə öldürülən keşiş bir neçə il Bakıda çalışıb
Hazırda oxunan: Dərbənddə öldürülən keşiş bir neçə il Bakıda çalışıb
Hazırda oxunan: Dərbənddə öldürülən keşiş bir neçə il Bakıda çalışıb
198689
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.