Qax və Zaqatala sakinləri iki gün əvvəl Qanıx çayında itkin düşüb. Yaxınlarının sözlərinə görə hər iki şəxs Qanıx çayı vadisində qayıdan suya düşərək yoxa çıxıblar.
Bu barədə Bizim.Media-nın yerli bürosuna Qaxın Qaysarlı kənd sakinləri məlumat veriblər.
Qeyd olunur ki, iyun ayının 20-də Qaysarlı kənd sakini Rövşən Hümbətov və Zaqatala sakini Vüqar Həsənov Qanıx çayın Axar-Baxar ərazisində hələlik qeyri-müəyyən şəraitdə qayıqla üzərkən suya düşüblər.
Onların suya düşdüyü ərazi həm də Qanıx çayının Mingəçevir Su anbarının, Samux rayon ərazisinə tökülən hissəsini əhatə edir.
Artıq iki gündür ki, adıçəkilən şəxslər yaxınları eləcə də aidiyyatı qurumlar tərəfindən axtarılır. Hələlik onlardan heç bir xəbər yoxdu.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
22:40 / 22.06.2024
Qax və Zaqatala sakinləri Qanıx çayında BATIBLAR
Hazırda oxunan: Qax və Zaqatala sakinləri Qanıx çayında BATIBLAR
Hazırda oxunan: Qax və Zaqatala sakinləri Qanıx çayında BATIBLAR
198554
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.