Şimal bölgəsində sel kritik vəziyyət YARATDI - YENİLƏNİB/VİDEO

Şimal bölgəsində sel kritik vəziyyət YARATDI - YENİLƏNİB/VİDEO

Hazırda oxunan: Şimal bölgəsində sel kritik vəziyyət YARATDI - YENİLƏNİB/VİDEO

198406

Qubadan keçən bütün çaylarda daşqın fəsadlara yol açıb.

Qudyalçay, Cağacuqçay, Ağçay və digər çaylardan güclü sel keçib, ətraf yaşayış məntəqələrini basıb.

Quba-Xınalıq yolunda yerləşən hotel ərazisini su basıb, turistlərin avtomobili su içundə qalıb.

Qusarda Şahdağ-Ləzə yolu da güclü sel səbəbindən bağlanıb. Qusarçayın daşması yolu tamamilə dağıdıb. 

Xaçmaz ərazisindən keçən çaylarda da güclü artım fəsadlara yol açıb.

Bölgə rayonlarına dəyən ziyan rayon fövqəladə hallar komissiyası tərəfindən bu gün açıqlanacaq.


*** 22:35

Bu gün saat 16.30-dan başlayaraq Quba-Qonaqkənd yolunda yenidən problem yaranıb. Leysan xarakterli yağışdan sonra gələn sel yolun 40-43-cü kilometrliyini daş və çınqılla örtüb, yolda böyük problem yaşanıb. Dərhal yol təsərrüfatı işçiləri ərazidə yolun açılıb təmizlənməsi işlərinə başlayıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu barədə Qubadakı 1 saylı Xüsusi Təyinatlı Yol idarəsinin rəisi Hikmət Seyidov məlumat verib.

Onun sözlərinə görə, Qonaqkənd-Cimi, Yerfi, Çayqovuşan, Dərk yollarında da ciddi problem yaşanıb: “Hazırda yol işçiləri Qonaqkənd yolunda  hərəkəti bərpa ediblər, digər istiqamətlərdə də sel yenidən təkrar olunmazsa, işlər davam etdirilir”.

Hikmət Seyidov qeyd edib ki,  iyunun 10-dan bu günəcən selin fəsadları ilə bağlı görülən işlər alt-üst olub. Belə ki, Yerfi kəndindəki uçmuş  körpünün yanında salınmış alternativ yolu da sel yuyub aparıb və bütün görülən işlər zay olub.

O bildirib ki, hava şəraitinə uyğun olaraq selin dağıtdığı bütün yollarda  bərpa işləri yenidən davam etdiriləcək.


 



Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO