Qubanın Xanəgah, Girdah, Zıxır kəndləri sel sularından xeyli ziyan çəkib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, dağlardan gələn güclü sel Xanəgah kəndində magistral asfalt yolu yararsız hala salıb.
Elektrik təsərrüfatına və vətəndaşların fərdi təsərrüfatlarına da ziyan dəydiyi bildirilib.
Quba FHK-dan Bizim.Media-ya verilən məlumata görə, selin fəsadlarını aradan qaldırmaq üçün əraziyə texnika göndərilib.
Yağışın törətdiyi fəsadların dəqiqləşdirilməsi aparılır, vətəndaşlara dəyən ziyan aktlaşdırılacaq və müvafiq quruma təqdim olunacaq.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu