SABAHIN HAVA PROQNOZU

SABAHIN HAVA PROQNOZU

Hazırda oxunan: SABAHIN HAVA PROQNOZU

19810

Mayın 2-də gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətinin Bizim.Media-ya verdiyi məlumata görə mayın 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu  gecə 11-13 dərəcə isti, gündüz 19-23 dərəcə isti olacaq. Bakıda gecə 11-13 dərəcə isti, gündüz 20-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80, gündüz 40-50 faiz olacaq.

Mayın 2-də Azərbaycanın rayonlarında  şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcək. Səhər saatlarında duman. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-15 dərəcə isti, gündüz 23-28 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə isti, gündüz 9-14 dərəcə isti olacaq.  

Tibbi-meteoroloji proqnoz

Mayın 2-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO