Sabirabadda YANĞIN: İribuynuzlu heyvanlar tələf oldu – FOTO/VİDEO 

Sabirabadda YANĞIN: İribuynuzlu heyvanlar tələf oldu – FOTO/VİDEO 

Hazırda oxunan: Sabirabadda YANĞIN: İribuynuzlu heyvanlar tələf oldu – FOTO/VİDEO 

198059

Sabirabad rayonu ərazisində yanğın baş verib. Yanğın zamanı iribuynuzlu heyvanlar tələf olub, tövlə və ot bağlamaları yararsız hala düşüb.

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə günorta saatlarında Sabirabad rayonunun Xankeçən kənd sakini Fəranə Hacıyevaya məxsus təsərrüfatda qeydə alınıb.

Yanğın nəticəsində sahəsi 30 kvadratmetr olan tövlə, 2 baş iribuynuzlu heyvan və 500 ədəd ot bağlaması yanıb.
Hadisə yerinə FHN-in yanğınsöndürən texnikaları və canlı qüvvəsi cəlb olunub. Alov söndürülərək ətraf ərazilərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.
 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO