Xəbər verildiyi kimi Bayılda yerləşən 5 nömrəli Kliniki Doğum Evinin ərazisində yanğın başlayıb.
Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən Bizim.Media-ya bildirilib ki, Səbail rayonu, Neftçi Qurban küçəsində yerləşən Kliniki Tibbi Mərkəzin nəzdində olan və bir müddətdir ki, təmirə dayanan Ş.Ələsgərova adına 5 nömrəli Kliniki Doğum Evininin ərazisində baş vermiş yanğında heç bir xəsarət qeydə alınmayıb:
“Məlumat üçün bildirək ki, doğum evi 2023-cü ilin dekabr ayında əsaslı təmirlə əlaqədar fəaliyyətini dayandırıb. Kollektiv hazırda Kliniki Tibbi Mərkəzin binasında fəaliyyət göstərir.
Əlavə olaraq qeyd edək ki, Səbail rayonu, Neftçi Qurban küçəsində 120 kvadratmetr ərazidə taxta və məişət tulantılarının yanması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri əraziyə cəlb olunub və yanğın qısa müddətdə söndürülüb”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:11 / 19.06.2024
5 nömrəli Doğum evinin ərazisindəki yanğınla bağlı TƏBİB-dən AÇIQLAMA
Hazırda oxunan: 5 nömrəli Doğum evinin ərazisindəki yanğınla bağlı TƏBİB-dən AÇIQLAMA
Hazırda oxunan: 5 nömrəli Doğum evinin ərazisindəki yanğınla bağlı TƏBİB-dən AÇIQLAMA
198010
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.