Faydalı hesab etdiyimiz ZƏRƏRLİ MƏHSULLAR

Faydalı hesab etdiyimiz ZƏRƏRLİ MƏHSULLAR

Hazırda oxunan: Faydalı hesab etdiyimiz ZƏRƏRLİ MƏHSULLAR

197765

Hər birimiz üçün sağlamlıq öncəlikdir. Orqanizmin sağlam olması üçün də ən önəmli nüans sağlam qidalanmadır. Qidalanma daim müzakirə mövzusu olub. Nəyin sağlam, nəyin qeyri-sağlam olmasını bilmək çox vacibdir. Bəzi məhsulların sağlam və faydalı olduqları iddia edilsə də, onlar da az zərərli deyil. 

Bəs, zərərli məhsul və qidalar hansılardır? 

Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Bizim.Media-ya açıqlamasında bildirir ki, ilk növbədə sağlamlığımız üçün təbii qidalara üz tutmaq mütləqdir:

“Sağlam qida dedikdə ağıla gələn meyvə və tərəvəz olur. Amma bu qidaları da həddində qəbul etmək lazımdır. Günün birinci yarısında qida rasionumuzda meyvələrə üstünlük verməkdə fayda var. Axşam saatlarında isə bəzi meyvələr var ki, onları qəbul etdikdə artıq çəki alınmasına səbəb olur. Faydalı məhsullar sırasına çərəzləri də əlavə etmək olar ki,  onu da günün birinci yarısında qəbul etməkdə fayda var. Əks halda, həzm prosesində problem yaşana bilər. Günlük yeməklərdə qızartmalara, hər nə qədər faydalı olsa da müxtəlif ət növlərinə belə az yol verilməlidir”.

Məhsəti Hüseynova sağlamlıq üçün maye qəbul etməyin mütləq olduğunu hesab edir:

“Bəzən insanlar maye adı altında çay, kofe və.s kimi içkiləri nəzərdə tutur. Amma bu çox yalnış yanaşmadır. Müəyyən miqdarda su və ya təbii ayran içmək sağlamlıq üçün olduqca önəmlidir”- deyə mütəxəssis vurğulayıb. 

Nailə Kərim, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO